Modern.az

Elmira Axundova iradını Nazirlər Kabinetinə bildirdi

Elmira Axundova iradını Nazirlər Kabinetinə bildirdi

Ölkə

8 Aprel 2011, 13:55

Modern.az  xəbər verir ki, Milli Məclisin bu gün keçirillən iclasında çıxış edən millət vəkili Elmira Axundova yay və qış vxtınının tətbiqi ilə əlaqədar saat əqrəblərinin yerinin dəyişdirilməsi məsələsinə görə Nazirlər Kabinetinə müraciət edib. Deputat bildirib ki, saat əqrəblərinin yerinin dəyişdirilməsi ilə bağlı məsələyə tezliklə son vermək lazımdır.

E.Axundova məsələnin həllində Rusiya,Yaponiya, Çin və eləcə də digər MDB ölkələrinin təcrübəsinə əsaslanmağın vacib olduğunu önə çəkib.

“Bu məsələ iqtisadi cəhədən müəyyən xeyir gətirməsə də, insanların sağlamlığına çox ziyandır. Bu baxımdan mən Nazirlər Kabinetindən xahiş edirəm ki, bu ölkələrin təcrübəsindən istifadə edərək buna son qoyasınız”-deyə millət vəkili qeyd edib.

 

Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı