Sloveniyanın paytaxtı Lyublyana şəhərində futzal üzrə 2018-ci il Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi keçirilib.
Modern.az-ın məlumatına görə, Azərbaycan milli komandası D qrupunda son Avropa çempionları İspaniya və Fransa komandaları ilə mübarizə aparacaq.
Digər qruplarda püşkatmanın nəticəsi belə olub: A qrupu Sloveniya, İtaliya, Serbiya; B qrupu Rusiya, Qazaxıstan, Polşa; C qrupu Portuqaliya, Ukrayna, Rumıniya.
Qeyd edək ki, futzal üzrə Avropa çempionatı 2018-ci ilin yanvarın 30-dan fevralın 10-dək Lyublyana şəhərində keçiriləcək. Final mərhələsində 12 komanda iştirak edir.