Modern.az

Daxili işlər nazirinin müavini də sənədsiz evlərdən danışıb

Daxili işlər nazirinin müavini də sənədsiz evlərdən danışıb

Ölkə

9 Sentyabr 2011, 12:26

Daxili İşlər nazirinin müavini Oruc Zalov Mərkəzi Seçki Komissiyasının (MSK) dairə seçki komissiyalarının sədrləri üçün keçirdiyi seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslardakı çıxışında sənədsiz evlər məsələsinə toxunub. Nazir müavini bilidirib ki, Prezident İlham Əliyevin vətəndaşların sənədsiz evlərin qeydiyyata alınması ilə bağlı verdiyi göstərişdən sonra polis də bununla bağlı üzərinə düşən vəzifəni yerinə yetirib.
Oruc Zalov deyib ki, polis sənədsiz evləri və bu evlərdə yaşayanları qeydiyyata alıb. Bununla da həmin şəxslərin seçki vaxtı səsvermədə iştirak edə bilməsi təmin olunub.

Ölkə ərazisində, o cümlədən paytaxtda çoxlu icazəsiz tikililər var ki, onların əksəriyyəti vətəndaşların yaşadığı fərdi evlərdir. Hələ 2008-ci ilin sonlarında heç bir qanuni sənədi olmayan belə evlərin siyahılaşdırılmasına başlanılmışdı. Amma yarımçıq qaldı. Nəhayət bu ilin əvvəlində Prezident İlham Əliyevin keçirdiyi iclasda məsələ yenidən gündəmə gətirlidi.
Ölkə başçısının Bakı şəhərindəki sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı tapşırığına uyğun olaraq müvafiq tədbirlərə yenidən start verildi. Amma bu iş tam başa çatdırılmayıb.

Prezidentin tapşırığına uyğun olaraq bəzi ərazilərdə sənədləşmələr aparılsa da, proses başladığı kimi də dayandırılıb. Səbəb kimi isə  bu barədə rəsmi sənədin imzalanmaması gətirilir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Yollar iflic oldu, internet bahalaşdı - Növbədə nə var?