Modern.az

Səhiyyə sistemində çalışan 3500-dək adam işdən çıxarılıb

Səhiyyə sistemində çalışan 3500-dək adam işdən çıxarılıb

Ölkə

9 Sentyabr 2011, 13:20

Səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib ki, Azərbaycanın səhiyyə sistemində yaşı 65-dən  çox olan 7 min nəfərdən çox işçi var və artıq 3500-ə yaxını işdən azad edilib”.
Modern.az-ın məlumatına görə, E.Ağayev deyib ki, yaşı 65-i ötən işçilərin işdə saxlanılmasını nəzərədə tutan meyarlar müəyyənləşdirilib. Həmin meyarlara görə, dövlət adları olan, orden, medallarla təltif edilən 70 yaşdan yuxarı səhiyyə işçilərinin əmək fəaliyyəti 1 il müddətinə uzadıla bilər.

“Biz də buna uyğun tədbirlər görürük. Ancaq elmi-tədqiqat müəssisələri və universitetlərdə çalışan yaşı 65-dən yuxarı olan işçilər işdən azad edilmirlər”-deyə nazir müavini bildirib.

Nazir müavini ucqar, kadra ehtiyacı olan yerlərdə yaşı 65-dən yuxarı olan işçilərin işdən azad edilməsinə ehtiyatla yanaşıldığını vurğulayıb.

Elsevər Ağayev onu da qeyd edib ki, işdən azad edilmiş yaşlı işçilər özəl sektorda çalışa bilərlər.

E.Ağayev eyni zamanda səhiyyə işçilərinə dövlət qulluqçusu statusunun verilməsi məsələsinin də yaxın vaxtlarda öz həllini tapacağına ümid etdiyini söyləyib.

Aytən Əliyeva

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Yollar iflic oldu, internet bahalaşdı - Növbədə nə var?