Modern.az

Ali tibb təhsili olanlar üçün rezidenturaya sənəd qəbulu başladı

Ali tibb təhsili olanlar üçün rezidenturaya sənəd qəbulu başladı

Ölkə

12 Sentyabr 2011, 11:39

Sentyabrın 12-dən Azərbaycanda rezidentiraya sənəd qəbulu başlayıb.  Rezidenturaya qəbul olmaq hüquqna baza ali tibb təhsili olan Azərbaycan vətəndaşları malikdirlər. Rezidenturada təhsil dövlət sifarişi əsasında dövlət büdcəsinin vəsaiti hesabına və (və ya) ödənişli əsaslarla həyata keçirilir.
Modern.az-ın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfrasında deyib ki,  əcnəbilər və vətəndaşlığı olmayan şəxslər rezidenturaya qəbul ola bilməzlər.

"Namizədlər ərizələrini təsdiq etdirmək üçün bu gündən sentyabrın 20-dək müvafiq sənəd qəbulu komissiyasına TQDK-nın ödəmə kartını və tələb olunana sənədləri şəxsən təqdim etməlidirlər”. 

Qəbul imtahanları Bakı şəhərində keçiriləcək. 1-ci mərhələnin imtahanı sentyabrın 24-nə, ikinci mərhələnin imtahanı isə sentyabrın 25-nə təyin olunub. 

Namizədlərə baza və ixtisas fənlərinin hər birindən ayrılıqda 100 test tapşırığı təqdim olunacaq. Müsabiqə baza və ixtisas fənlərindən toplanan balların cəminə əsasən aparılacaq. 

Müsabiqədə iştirak etmək üçün namizədlərin baza fənləri üzrə imtahanda topladığı test balı 30-dan, ixtisas fənləri üzrə topladığı test balı isə 40-dan az olmamalıdır. 

Rezidenturaya qəbul həkimin ali tibb təhsili bazasına uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisaslar üzrə aparılır. 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı