Modern.az

Dünyanı... Azərbaycan - türk xanımları xilas edəcək!

Dünyanı... Azərbaycan - türk xanımları xilas edəcək!

Ölkə

12 Sentyabr 2011, 14:09

Azərbaycan-türk xanımları hər zaman gözəldir, füsunkardır, cazibədardır, ağıllıdır. Dünyada əxlaq və gözəllik yarışması - ədalətli və qərəzsiz - keçirilsə, birinci yeri uzun müddətə birmənalı və mübahisəsiz olaraq bizim qadınlar - Azərbaycan - türk xanımları tutarlar. Bunu türkçü və milliyyətçi bir insan olaraq demirəm, bunu sadəcə və sadəcə məhz belə olduğu üçün deyirəm. Bu, birmənalı belədir...

Allah-təala, Uca Rəbbimiz, Böyük Yaradanımız  Azərbaycan-türk xanımlarndan sözün əsl mənasında heç nə əsirgəməyib, yenə deyirəm , gözəllik, əxlaq, ağıl və sair keyfiyyətlər hamısı bizim qadınlarda cəmləşib, vəhdətləşib. Xüsusilə, yaşa dolduqca Azərbaycan-türk xanımları digər millətlərin xanımlarından bəlkə də onqat gözəl, füsunkar olurlar, onların böyük əksəriyyətinin simasına, çöhrəsinə sanki əlavə,təzə bir nur ələnir, gözəllikləri üstünə gözəllik gəlir...

Hər zaman hörmət etdiyim , özümünkü saydığım Modern.az saytında “Milli Məclisin xanım deputatları- yeni fotolarda” reportajını, oradakı şərhləri təkrar-təkrar  izləyərkən bir daha bu qənaətə gəlirəm və inanıram ki, heç kəs mənim bu fikirləmin də  səmimiyyətinə, ürəkdən gəldiyinə şübhə etməyəcək...

Millət vəkili olan xanımlarımız da  hər biri ayrı- ayrılqada, özünəməxsus şəkildə gözəldirlər. Ələlxüsus da, birinci ledi Mehriban xanım, Zeynəb xanım, Rəbiyyət xanım, Qənirə xanım, Bahar xanım, Gülçöhrə xanım, Jalə xanım, Sevinc xanım, Kamilə xanım... Bir daha təkrar edirəm, adlarını çəkmədiyim digər xanımlar da bu sıradadır. Ancaq mən bu sıraya sabiq millət vəkilləri Gültəkin xanım Hacıbəylini, o cümlədən Nairə Şahtaxtinskayanı və Nigar Ələkbərovanı da əlavə edərdim. Bu xanımlar da öz gözəlliklərinə, intellektlərinə , dünyağörüşlərinə və sairəyə  görə öndə gedən xanımlarımızdandır...

Həyatda  tez-tez rastlaşdığımız və sitat gətirdiyimiz  məşhur bir deyim var: dünyanı gözəllik xilas edəcək. Bunun haçan, nə zaman  nə dərəcədə reallığa çevriləcəyini  dəqiq bilmirəm, amma onu bilirəm ki, dünyanı doğrudan da, əvvəl-axır  gözəllik və əxlaq timsalı olan Azərbaycan-türk xanımları xilas edəcəklər!

Son olaraq, bütün xanımlarımıza hər zaman öz gözəlliklərinin qeydinə qalmağı, Azərbaycanımız, Türk insanımız naminə fəaliyyətlərində bir an belə yorulmamamağı, səadət, firavanlıq arzulayııram. Allah-təala daim Azərbaycanımızın, Türkiyəmizin, Türk Dünyamızın, gözəllik və əxlaq mücəssiməsi olan xanımlarımızın, ər oğullarımızın üstündə yar olsun.Amin!

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı