Modern.az

Fikrət Qoca: “O zaman sol ağciyərimi tamam kəsib götürdülər”

Fikrət Qoca: “O zaman sol ağciyərimi tamam kəsib götürdülər”

Ölkə

12 Sentyabr 2011, 16:06

Modern.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyin katibi Fikrət Qoca “Tibb qəzet”inə müsahibəsində 1986-cı ildə yaşadığı çətin sınaqlardan bəhs edib.
F.Qocanın sözlərinə görə, o zaman həkimlər ona cəmi bir ay ömrünün qaldığını bildirərək ağır xəstəliyin diaqnozu qoyublar.

“Bu uzun bir əhvalatdır. Əfqanıstana qısamüddətli məzuniyyətə getmişdim. Səfərdən sonra özümü çox pis hiss etdim. Yazıçılar poliklinikasında Lure adlı rentgen həkimi vardı. Ona şərt qoydum ki, işin ciddi olduğunu bilirəm, mənə nə qədər vaxtımın qaldığını de. Uşaqlarım kiçik idi. Seçilmiş əsərlərim nəşriyyat planında idi. Özüm təhvil verib müqaviləyə qol çəksəydim məndən sonra ailəmə 100 faz qonarar veriləcəkdi. Əgər çatdlırmasaydım, 25 fazi veriləcəkdi. Vaxt ona görə məni maraqlandırırdı. Həkim baxdı, dedi “çalış bir aya işini qurtar”.

F.Qocanın sözlərinə əslində ona düzgün diaqnoz qoyulubmuş, amma müalicənin düzgün aparılması onun qəfil ölümdən xilas edib.

“O zaman Heydər Əliyev Moskvada Siyasi Büronun üzvü, SSRİ Nazirlər Sovetinin birinci müavini idi. O, xəstəliyimi bilən kimi göstəriş verdi, məni Moskvada Onkoloji Mərkəzə apardılar. Həkimləri elə tələsdirdi ki, bir aylıq işi beş günə gördülər. Və beş gündən sonra Bakıdakı rentgenoloqun dediklərini təsdiq etdilər. Həkimlər özləri boyunlarına aldılar ki, Heydər Əliyev onları tələsdirməsəydi, gec olacaqdı...”

F.Qoca deyib ki, o zaman onun sol ağciyərini tamam götürüblər və indiyədək  25 ildir yaşayır.

“İki il bundan əvvəl yenə xəstələndim. Bu dəfə Prezident İlham Əliyev məni Türkiyəyə müalicəyə göndərdi. Əməliyyat olundum, Allaha şükür sağ-salamatam”.

F.Qocanın sözlərinə görə, o, gözəllərdən və gözəllikdən zöv qalmaqdan başqa, bütün digər vərdişləri tərgidib.

“Mənimki belə gətirib ki, haram ağrıyıbsa, kəsib götürüblər. Kəsə-kəsə gedirik. Ölümdən qorxmuram, harda qurtaracaqsa, orda da dayanacağıq”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı