Modern.az

Vaqif Səmədoğlu: "Bakıda rusdillilərin başqalarından daha üstün olması haqqında yanlış mif var"

Vaqif Səmədoğlu: "Bakıda rusdillilərin başqalarından daha üstün olması haqqında yanlış mif var"

Ölkə

16 Sentyabr 2011, 15:35

Dövlət dilimiz Azərbaycan dili olsa da, bəzi sahələrdə, o cümlədən bir sıra dövlət orqanlarında rusdilli kadrlara üstünlük verilir, danışıq zamanı rus dilindən istifadə olunu. Bəzən hansısa dövlət orqanına zəng edirsən, telefona rus dilində cavab verirlər.

Məsələyə münaqsibət bildirən Milli Məclisin deputatı Gövhər Baxşəliyeva bizimlə söhbət zamanı öncə bu üstünlüyü rusdilli insanların dünyagörüşünün daha yüksək olması ehtimalı ilə əlaqəndirdi: “Amma bu, yalnız rusdilli insanları işə götürməyə səbəb olmamalıdır. Yəni burda əsas insanın savadı, biliyi, səriştəsi önəm daşımalıdır və nəzərə alınmalıdır. Yoxsa insanları işə götürürəkən rus dilli və Azərbaycan dilli olması meyarına görə üstünlük verilməsi düzgün deyil”.

Millət vəkili müxtəlif dövlət orqanlarında danışıqların rus dilində aparılmasına da münasibət bildirib. Onun sözlərinə görə, dövlət orqanlarında çalışanlar Azərbaycan dilində danışmalıdırlar: “Hər halda bizim Azərbaycanda dövlət qulluğunda işləyən adam ilk növbədə Azərbaycan dilini kamil bilməlidir. Azərbaycan dilini danışıqda, hətta yazıda savadlı yazmalıdır. Bəzən rusdilli adamlarda da başqa problem yaranır - Azərbaycan dilini kifayət qədər yaxşı bilmirlər, azərbaycanca yazıları o qədər də təkmil alınmır. Yəni burada poritet gözlənilməlidir”.

Xalq şairi Vaqif Səmədoğlu hesab edir ki, Bakıda rusdillilərin mədəni səviyyələrinin başqalarından daha üstün olması haqqında yanlış mif var: “Hələ sovet vaxtından belədir. Hesab edirlər ki, rusdillilər daha mədəni və dünyagörüşlüdürlər. Əslində bu çox ciddi problemdir. Və burada etik normalardan yox, çox ciddi siyasi problemlərdən danışmaq lazımdır”.

V.Səmədoğlu bir sıra dövlət qurumlarında rus dilində danışmağa belə münasibət bildirib: “Hesab etməzdim ki, bir çox dövlət qurumlarında işçilər rus dilində danışır, yazırlar. Bizim rus dilindən xəbəri olmayan nazirlərimiz də var”.


Aytən ƏLİYEVA

 

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı