Sabiq nazir müavinləri İsgəndər İsgəndərov, Elmar Qasımov və İradə Hüseynova barədə bəzi məlumatlar bu gün Təhsil Nazirliyinin internet saytından çıxarılıb. Amma naziliyin edu.gov.az ünvanlı saytı keçmiş nazir müavinlərinə aid məlumatların hamısından hələ "təmizlənməyib".
Belə ki, saytın “Nazir müavinləri” adlı bölməsindən onlar barəsindəki məlumatlar və fotoşəkillər silinsə də, “Kollegiya üzvləri” bölməsində İsgəndər İsgəndərov, Elmar Qasımov və İradə Hüseynova adları hələ qalır və bu adadların qarşısında “nazir müavinləri” yazılıb.
Təhsil Nazirliyindən Modern.az saytına bildirilib ki, hazırda nazirliyin saytında (edu.gov.az) yeniləşdirmə işlər aparılır və qısa müddətdə söügedən nöqsanlar aradan qaldırılacaq.
Sentyabrın 14-də ölkə başçısının müvafiq sərəncamları ilə təhsil nazirinin müavini postunu tutan İsgəndər İsgəndərov, Elmar Qasımov və İradə Hüseynova işdən çıxarılıblar. Amma rəsmi sərəncam nə Prezidentin saytında yerləşdirilib, nə də Təhsil Nazirliyinin internet səhifəsinə...
Sabiq nazir müavinlərinin işdən çıxarılma səbəbləri barədə rəsmi açıqlama verilmir.
Modern.az