Modern.az

Qızını öldürən və 6 qohumunu bıçaqlayan ata tutulub

Qızını öldürən və 6 qohumunu bıçaqlayan ata tutulub

Ölkə

17 Sentyabr 2011, 18:20

Sentyabrın 17-də Cəlilabad rayonunun Alar kənd sakini Qabil Nəsirov həmin kənddə yaşayan, qızı Əfsanənin evində olarkən ailə-məişət münaqişəsi zəminində ona, əri Rəhim Nağıyevə, qohumları Qəribəli Əzimova, Gülnar Əzimovaya, Elmira Süleymanovaya, Mahir Nağıyevə və onun oğlu Kənana bıçaqla xəsarət yetirib.

DİN-in məlumatına görə, Əfsanə aldığı xəsaərtdən hadisə yerində ölüb, digərləri isə xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır. Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Nəsirov tutulub.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı