Modern.az

Prezidentdən könüllülərin tərxis olunması ilə bağlı SƏRƏNCAM

Prezidentdən könüllülərin tərxis olunması ilə bağlı SƏRƏNCAM

Ölkə

25 Dekabr 2020, 11:13

Prezident İlham Əliyev Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında sərəncam imzalayıb.

 

Modern.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 sentyabr tarixli 2280 nömrəli Sərəncamına əsasən hərbi xidmətə çağırılmış hərbi qulluqçular 2020-ci il dekabrın 25-dən 2021-ci il aprelin 15-dək mərhələli şəkildə səfərbərlik üzrə hərbi xidmətdən tərxis ediləcəklər.

 

Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti bu Sərəncamın 1-ci bəndinin icrası barədə Azərbaycan Respublikasının Prezidentini mütəmadi olaraq məlumatlandırmalıdır.

 

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

 

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV