Modern.az

Etibar Məmmədov: “Qarabağ danışıqları bizim xeyrimizə həll olunmayacaq” - ÖZƏL

Etibar Məmmədov: “Qarabağ danışıqları bizim xeyrimizə həll olunmayacaq” - ÖZƏL

Ölkə

14 Fevral 2014, 12:00


“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı aparılan müzakirələrdən müsbət nəticə gözləmək əbəsdir”. Bu sözləri Modern.az saytına açıqlamasında AMİP lideri Etibar Məmmədov Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesini şərh edərkən bildirib.

ATƏT-in vasitəçiliyi ilə gedən danışqların perspektivi barədə pessimist olan E.Məmmədov bu cəhdləri “nəticəsiz” adlandırıb.

“Aparılan danışıqlar prosesində hələlik bir nəticə yoxdur. Yalnız yerində sayma müşahidə olunur”-deyə AMİP lideri vurğulayıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nikbin olmadığını deyən E. Məmmədov qeyd edib ki, danışıqlar prosesinin Azərbaycana hər hansı xeyri yoxdur.
“Yaxın vaxtlarda da konfliktin Azərbaycanın xeyrinə ədalətli həlli gözlənilmir”-deyə E. Məmmədov bildirib.

 

Aqşin Kərimov

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı