Modern.az

Tələbələri ETİRAZA qaldıran səbəb - Kəsirə görə ödəniləcək MƏBLƏĞ - AÇIQLAMA

Tələbələri ETİRAZA qaldıran səbəb - Kəsirə görə ödəniləcək MƏBLƏĞ - AÇIQLAMA

Ölkə

21 Fevral 2014, 12:21

Nazirlər Kabinetinin “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili qaydalarının təsdiq edilməsi haqqında” qərarı etirazla qarşılanıb. Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, hər hansı bir fəndən kəsiri olan tələbə əvvəlki illərdən fərqli olaraq, oturduğu alt qrupda həmin kəsiri ödəmək üçün müəyyən məbləğ ödəməlidir.

Modern.az saytına açıqlama verən Azərbaycan Tibb Universitetinin tədris-hissə müdiri Nəsimi Qasımov qeyd edib ki, hər bir tələbə hər semestrdə əlavə ödəniş etmədən 30 kredit götürə bilər. “Akademik borcu qalan tələbələrə icazə verirlər ki, cədvəl və qrup düzəldikdə 31-38 kreditə qədər artıra bilər. Kəsiri ödəməli olan tələbədən məhz bu, artmış 8 kreditin pulu istənilir. Nazirlər Kabinetinin qərarında həmin 8 kreditin məbləğ ümumi sözlərlə göstərilib. Tələbə universitetə ödədiyi illik təhsil haqqını 60-a bölüb, alınan nəticəni kreditin sayına vurmalıdır. Yəni qayda belədir: mən iki kredit götürür, deməli, iki kreditlik pul ödəyirəm. Bir başqası 4 kredit götürür və 4 kreditin pulunu ödəyir”.
N. Qasımov qeyd edib ki, yay semestri tələbə üçün tam ödənişlidir. “Yenə də götürülmüş kreditlərin qiyməti əsasdır və hesablama düsturu eynidir. Əlbəttə,  məbləğ fərqli ola bilər. Çünki hər kəsin təhsil haqqı bir cürdür. Üstəlik, ağır fənlərin krediti çoxdur, yüngül fənlərin krediti isə az”.

Qeyd edək ki, Nazirlər Kabinetinin təsdiqlədiyi qərardan irəli gələn şərtlər bütün ali məktəblər üçün eyni qüvvəyə malikdir.

Dünən Bakı Dövlət Universitetində bununla bağlı aksiya da keçirilib. Aksiyadan öncə Facebook sosial şəbəkəsində “Kəsr üçün pul verməyək” adlı kampaniya keçirilib. Kampaniyaya təxminən 2500 tələbə qoşulub.

“Bu qərardan belə çıxır ki, əvvəllər kəsri olan tələbə maddi sıxıntıya görə alt qruplarla otururdu. Ancaq indi onun buna da imkanı çatmadı. Verilən qərara əsasən, bir kəsrə görə tələbə hər kredit üçün 28 AZN ödəməlidir”.

Səhifədə açıqlama kimi yazılır ki, fənnin krediti 3 olduqda məbləğ 84 manat, 4 olduqda 112 manat olacaq.

Misranə Həsənzadə

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı