Modern.az

Azərbaycan veteranlara Rusiyadan 15 dəfə çox pul ödəyir - MƏBLƏĞLƏR

Azərbaycan veteranlara Rusiyadan 15 dəfə çox pul ödəyir - MƏBLƏĞLƏR

Ölkə

Bu gün, 10:16

Bu il aprelin 24-də Prezident İlham Əliyev İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım verilməsi barədə Sərəncam imzaladı. Sərəncama əsasən, 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 2750 manat məbləğində birdəfəlik maddi yardım veriləcək.

Modern.az İkinci Dünya müharibəsində iştirak etmiş veteranlara müxtəlif ölkələrdə verilən birdəfəlik ödənişlərin məbləği araşdırıb. Müqayisə göstərir ki, bu istiqamətdə ən yüksək məbləğlərdən birini məhz Azərbaycan ödəyir.

Belə ki, keçmiş sovet respublikalarından olan Belarusda bu göstərici təxminən 140 min rubl (2400 manat) həcmindədir. 

Rusiyada isə federal səviyyədə veteranlara verilən birdəfəlik ödəniş cəmi 10 min rubl (220 manat) təşkil edir. Bildirilir ki, həmin məbləğ 2019-cu ildən bəri dəyişməyib və yalnız yubiley illərində əlavə ödənişlər nəzərdə tutulub.

İkinci Dünya Müharibəsi veteranlarına ən yüksək ödənişi isə dost Qazaxıstan dövləti edir. Bu ölkədə veteranlara 1 milyon rubl (18 min manat) birdəfəlik ödəniş edilir. 

Beləliklə, MDB-nin İkinci Dünya müharibəsində əsas iştirakçı ölkələri arasında veteranlara ən yüksək birdəfəlik maddi dəstəyi göstərən ölkələr sırasında Azərbaycan ön sıralarda yer alır. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada