Modern.az

“Razin” qəsəbəsinin təməli belə qoyulub - FOTO

“Razin” qəsəbəsinin təməli belə qoyulub - FOTO

Ölkə

Bu gün, 10:20

1925-ci il mayın 1-də neft mədənləri işçiləri üçün Bakıda S.Razin adına Fəhlə Kəndinin təməl daşı qoyulub.

Modern.az-ın məlumatına görə, sonradan Bakıxanov qəsəbəsi (Razin) adı ilə məşhurlaşan ərazi uzun illər Bakının neftçi və fəhlə həyatı ilə sıx bağlı yaşayış məntəqələrindən biri kimi tanınıb.

S.Razin adına Fəhlə Kəndi neft sənayesində çalışan insanlar üçün yaradılmış ilk iri yaşayış massivlərindən hesab olunurdu. Burada əsasən mədənlərdə və sənaye müəssisələrində çalışan fəhlələr və onların ailələri məskunlaşırdı. Belə ki, hər il mayın 2-də isə “Razin” təpəsində həmin yaddaqalan hadisənin şərəfinə “Krasnaya qorka” (“Mayovka”) şənliyi keçirilirdi. Şənliyə Bakının müxtəlif ərazilərindən, eləcə də bütün kəndlərdən insanlar gəlirdi. Ailələr və dostlar burada bir araya toplaşırdı.

Şənlik çərçivəsində müxtəlif idman yarışları təşkil olunur, konsert proqramları təqdim edilirdi. “Mayovka” uzun illər Bakı sakinlərinin ənənəvi kütləvi istirahət və bayram tədbirlərindən biri kimi yadda qalıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada