Modern.az

Zelenski İlham Əliyevə zəng etdi

Zelenski İlham Əliyevə zəng etdi

Ölkə

6 May 2026, 20:14

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı aparıb.

Modern.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin rəsmi “X” hesabında paylaşım edilib.

Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan-Ukrayna münasibətlərinin inkişafındakı müsbət dinamika məmnunluqla qeyd olunub. Tərəflər, həmçinin Qəbələdə keçirilmiş görüş zamanı müzakirə olunan məsələlərin ikitərəfli gündəlik çərçivəsində icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Volodimir Zelenski də öz paylaşımında bir neçə həftə əvvəl Azərbaycana səfəri zamanı əldə olunan razılaşmaların icrasını İlham Əliyevlə müzakirə etdiyini bildirib.

“Biz həm Ukrayna-Azərbaycan ikitərəfli münasibətlərini, həm də regionda təhlükəsizlik və sabitliyi gücləndirmək üçün digər ölkələrlə əməkdaşlığımızı inkişaf etdirmək üzərində işləməyə davam edirik”, – Zelenski qeyd edib.

Ukrayna lideri tərəfdaşlarla təmasların detalları barədə fikir mübadiləsi apardıqlarını və növbəti addımlar barədə razılığa gəldiklərini də vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?