Modern.az

Tramp: İran nüvə silahlarından imtinaya razılaşıb

Tramp: İran nüvə silahlarından imtinaya razılaşıb

Aktual

Bu gün, 09:28

ABŞ prezidenti Donald Tramp İranla danışıqların "çox yaxşı" olduğunu bildirib. O, İranın nüvə silahlarından imtina edəcəyini söyləyib.

"Son 24 saat ərzində çox yaxşı danışıqlar apardıq və çox güman ki, razılaşma əldə edəcəyik... İran nüvə silahına sahib ola bilməz. Onlar buna razılaşıblar".

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Oval Ofisdə jurnalistlərə bildirib.

O, qeyd edib ki, razılaşma üçün heç bir son tarix müəyyən edilməyib.

“Axios” portalı ABŞ və İranın münaqişəyə son qoymaq üçün memorandum imzalamağa yaxın olduğunu bildirib. Bu sənəd münaqişənin sülh yolu ilə həlli üçün əsas olacaq. Nəşrin mənbələrinə görə, ABŞ tərəfi İrandan təklifə 48 saat ərzində cavab gözləyir.

"Əl-Ərəbiyyə" televiziyası Vaşinqton və Tehranın razılaşmanın əksər müddəaları ilə razılaşdığını bildirib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Baqaei bildirib ki, İran hələ də ABŞ təkliflərini nəzərdən keçirir və cavabını daha sonra Pakistan tərəfinə bildirəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada