Modern.az

Sarkozi şərti azadlığa buraxıldı

Sarkozi şərti azadlığa buraxıldı

Dünya

Bu gün, 05:44

2007-ci ildən 2012-ci ilə qədər vəzifədə olmuş Fransanın keçmiş prezidenti Nikola Sarkozi 2012-ci il seçki kampaniyasına həddindən artıq xərcləmə ilə bağlı iş üzrə cəzasını çəkdikdən sonra şərti azadlığa buraxılıb.

Modern.az xəbər verir ki, bu barədə RTL radiostansiyası Paris Apelyasiya Məhkəməsinə istinadən məlumat yayıb.

Məhkəmə Sarkozinin yüngül cəza tələbini təmin edib. Nəticədə, keçmiş prezident bu iş üzrə altı aylıq cəzasını çəkərkən taxmalı olduğu elektron qolbağı artıq taxmayacaq.

Sarkozinin işi mətbuatda onun 2012-ci il seçki kampaniyasını idarə edən ictimaiyyətlə əlaqələr agentliyinin şərəfinə "Bygmalion" adlandırılıb. Müstəntiqlər bildiriblər ki, Sarkozi kampaniyası üçün qanuni limitdən iki dəfə çox - 42,8 milyon avro toplayıb. 16 fevral 2016-cı ildə keçmiş prezident kampaniyanın maliyyələşdirilməsi qaydalarını qəsdən aşmaqda ittiham olunub.

2024-cü ilin fevral ayında Paris Apelyasiya Məhkəməsi Sarkozini 2012-ci il seçki kampaniyasını qanunsuz maliyyələşdirməkdə günahkar bilib və onu bir il həbs cəzasına məhkum edib, bunun altı ayı çəkilib və altı ayı təxirə salınıb.

Sizə yeni x var
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada