Modern.az

Ceyhun Bayramov Moskvaya səfər edəcək

Ceyhun Bayramov Moskvaya səfər edəcək

Ölkə

Bu gün, 17:25

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov cari ilin iyul ayında Moskvaya rəsmi səfər edəcək.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPBİF) məlumat verib.

Diplomat iki ölkə arasındakı yüksək səviyyəli əlaqələrə toxunaraq bildirib:

"Siyasi dialoq müstəvisində dövlət başçıları səviyyəsində aparılan danışıqlarla yanaşı, iyulda Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovun Rusiya tərəfinin dəvəti ilə Moskvaya səfəri barədə razılıq əldə olunub".

R.Mustafayevin sözlərinə görə, respublikanın xarici siyasət idarəsi rəhbərinin bu səfəri Rusiya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm hadisə olacaq.

Töhfə Səməd

Sizə yeni x var
Keçid et
Ukrayna KÜTLƏVİ HÜCUMA başladı - Rusiyada bu yerlər vurulur!