Modern.az

Azərbaycanla Özbəkistan arasında əbədi dostluq müqaviləsi müzakirə olunub

Azərbaycanla Özbəkistan arasında əbədi dostluq müqaviləsi müzakirə olunub

Ölkə

Bu gün, 17:00

"Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə" təsdiq ediləcək.

Modern.az xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bugünkü iclasında müzakirə edilib.

Komitə iclasında həmçinin "Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiqi haqda qanunlayihəsi də müzakirə edilib. Hər iki qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! İlham Əliyev Türkiyəyə getməyəcək - Səbəblər açıqlandı