Modern.az

Ukrayna və Yaxın Şərqə getməyin! - Azərbaycanlılara ÇAĞIRIŞ

Ukrayna və Yaxın Şərqə getməyin! - Azərbaycanlılara ÇAĞIRIŞ

Ölkə

Bu gün, 10:34

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) vətəndaşlara müraciət edərək xarici ölkələrə səfər zamanı təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirməyə çağırıb.

Modern.az xəbər verir ki, XİN bildirib ki, mövcud beynəlxalq təhlükəsizlik mühitində artan gərginlik, eləcə də Ukrayna və Yaxın Şərqdə davam edən silahlı münaqişələr beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid olaraq qalır.

Qeyd olunub ki, münaqişə zonalarında və ya həmin ərazilərə yaxın bölgələrdə olan Azərbaycan vətəndaşlarının silahlı toqquşmalar və hərbi əməliyyatlar nəticəsində həlak olması və ya müxtəlif dərəcəli bədən xəsarətləri alması halları qeydə alınır. Bu isə belə ərazilərdə təhlükəsizlik risklərinin son dərəcə yüksək olduğunu göstərir.

Nazirlik vətəndaşlara xarici ölkələrə səfər etməzdən əvvəl təhlükəsizlik vəziyyətini diqqətlə qiymətləndirməyi, rəsmi dövlət qurumlarının xəbərdarlıq və tövsiyələrini nəzərə almağı, həmçinin münaqişə və hərbi əməliyyatların aparıldığı ərazilərə səfərlərdən çəkinməyi tövsiyə edib.

XİN eyni zamanda vurğulayıb ki, Azərbaycan vətəndaşlarının muzdlu və ya könüllü əsasda xarici ölkələrin ərazisində silahlı münaqişələrdə və hərbi əməliyyatlarda hər hansı formada iştirak etməsi qanunvericiliyə uyğun olaraq cinayət məsuliyyəti yaradır.

Bildirilib ki, Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqları vətəndaşların hüquq və maraqlarının qorunması istiqamətində fəaliyyətlərini davam etdirir.

Nazirlik beynəlxalq vəziyyətlə bağlı prosesləri diqqətlə izlədiyini də qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Ermənistana sərt sözlər - Seçkidə SAXTAKARLIQ VAR!