Modern.az

Azərbaycanda benzin və dizel bahalaşdı - RƏSMİ

Azərbaycanda benzin və dizel bahalaşdı - RƏSMİ

Ölkə

12 Yanvar 2015, 23:10


Yanvarın 12-də Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib və “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 dekabr tarixli Qanununa uyğun olaraq, neft məhsullarının tariflərinə baxılıb, müvafiq tarif tənzimlənməsi aparılıb.

Tarif Şurasından Modern.az-a verilən məlumata görə 2015-ci ilədək illik yol vergisini fiziki şəxslər avtonəqliyyat vasitələrinin mühərrikinin həcminə görə texniki baxışdan keçən zaman, hüquqi şəxslər isə balanslarında olan avtonəqliyyat vasitələrinə görə vergi orqanlarına müvafiq bəyannamə təqdim etməklə dövlət büdcəsinə ödəyirdilər. Bu zaman hüquqi və fiziki şəxslər tərəfindən istismara yarasız avtonəqliyyat vasitələrinə görə də onların avtomobil yollarından istifadə edib-etməmələrindən asılı olmayaraq yol vergisi ödənilirdi.

Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, ölkə ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən və idxal edilən avtomobil benzini, dizel yanacağı və maye qazın hər litrinin topdansatış qiymətinə 2 qəpik əlavə edilməklə yol vergisinin tətbiqi nəzərdə tutulub.

Yol vergisinin yanacağın qiymətinə daxil edilməsi nəticəsində verginin ödənilməsi prosesi və verginin yığılması üzrə inzibatçılıq sadələşir, avtonəqliyyat vasitəsindən daha az istifadə edən şəxslər daha az vergi ödəyir, illik vergi bir dəfəyə deyil, hər dəfə yanacaq alınan zaman hissə-hissə ödənilir, hüquqi şəxslər tərəfindən vergi orqanlarına yol vergisi bəyannamələrinin təqdim olunması ləğv edilir, verginin tam yığılması təmin olunur.

Göstərilənlər nəzərə alınaraq, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının iclasında müvafiq qərar qəbul edilib və yol vergisi əlavə olunmaqla Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 72 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 62 qəpik müəyyən edilib.

Qərar 13 yanvar 2015-ci il tarixindən qüvvəyə minəcək.

Ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tarifləri

 

Məhsulun adı

Şirkətdaxili tarif

Aksiz

Təchizat tarifi

(ƏDV ilə)

Topdansatış tarifi

(ƏDV ilə)

Yol vergisi

Pərakəndə satış tarifi

(ƏDV ilə)

dərəcəsi

məbləği

manat/ton

%

manat/ton

manat/ton

manat/ton

manat/ton

manat/ton

manat/litr

I

II

III

IV

V

VI

VII

VIII

IX

X

1.

Avtomobil benzini (Aİ-95)

482,12

64,0

308,56

15,0

948,0

26,20

1074,2

0,82

2.

Avtomobil benzini (Aİ-92)

411,91

65,0

267,74

15,0

817,0

26,20

943,2

0,72

3.

Avtomobil benzini (Aİ-80)

409,43

66,0

270,22

15,0

817,0

26,20

943,2

0,72

4.

Dizel yanacağı

430,19

18,0

77,43

15,0

614,0

23,80

737,8

0,62

5.

Reaktiv mühərrik yanacağı

338,20

9,0

30,44

15,0

450,0

 

 

 

6.

Nafta (ilkin emal benzini)

224,99

13,0

29,25

 

300,0

 

 

 

7.

Maye qaz

208,39

22,0

45,85

 

300,0

36,36

 

 

8.

Mühərrik yanacağı (DT-36)

228,95

24,0

54,95

15,0

350,0

 

 

 

9.

Mühərrik yanacağı (DT-20)

249,06

31,0

77,21

15,0

400,0

 

 

 

10.

Soba mazutu

234,49

3,0

7,03

15,0

300,0

 

 

 

11.

Bitum

(BN-60/90, BNB-60/70)

305,39

11,0

33,59

 

400,0

 

 

 

12.

Bitum (MQO)

60,08

34,0

20,43

 

95,0

 

 

 

13.

Bitum (BNV, BNB-70/30, BNB-85/25)

161,73

31,0

50,14

 

250,0

 

 

 

14.

Ağ neft (KO-20)

318,42

32,0

101,89

12,0

508,0

 

558,0

0,45

15.

Qaz benzini

129,90

37,0

48,06

 

210,0

 

 

 

16.

Mühərrik yağı

(M-12VB, M-14V2)

398,07

52,0

207,00

12,0

726,0

 

776,3

0,70

17.

Sənaye yağları (İ-12A,

İ-20V, İ-40A, İ-8B1, İ-30V)

270,00

72,0

194,40

12,0

560,0

 

610,0

0,55

18.

Turbin yağları

(T-22, T-30, T-46)

300,55

39,0

117,21

12,0

505,0

 

554,5

0,50

19.

Transformator yağı

(T-1500)

331,82

54,0

179,18

12,0

615,0

 

665,4

0,60

20.

Digər yağlar (AK-15, S-11, XM-6, K-12, K-19, VM-4)

237,94

56,0

133,25

12,0

450,0

 

499,8

0,42

21.

Koks (KT-A)

54,12

19,0

10,28

 

76,0

 

 

 

22.

Koks (KT-T)

27,78

19,0

5,28

 

39,0

 

 

 

23.

Koks (KT-Q)

39,50

18,0

7,11

 

55,0

 

 

 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı