Modern.az

Milli Ordu erməni kəşfiyyat-təxribat qruplarını geri oturtdu

Milli Ordu erməni kəşfiyyat-təxribat qruplarını geri oturtdu

Ölkə

21 Yanvar 2015, 12:47

Yanvarın 21-nə keçən gecə erməni kəşfiyyat-təxribat qrupları qoşunların təmas xəttini keçməyə cəhd göstəriblər.
Azərbaycan Müdafiə Nazirlıyindən Modern.az-a verilən məlumata görə, Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı, düşmənin yaxınlaşmasının əvvəlcədən aşkar edilməsi və görülən qabaqlayıcı tədbirlər nəticəsində şiddətli atışma zamanı itki verən ermənilər geri çəkilməyə məcbur edilib.
Qarşı tərəfin ilkin rəsmi məlumatına görə işğalçılardan Naapet Asatryan məhv edilib, Ovannes Qasparyan isə ağır yaralanıb.
Müdafiə Nazirliyi bildirir ki, Silahlı Qüvvələrimizin bölmələri bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən təxribatının qarşısını almağa hər an hazırdır.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı