Modern.az

Müəllimlərin maaşındakı artımın verilməsində gecikmə olacaq

Müəllimlərin maaşındakı artımın verilməsində gecikmə olacaq

Ölkə

4 Fevral 2015, 11:13

Prezident İlham Əliyevin Bakıdakı dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əmək haqqının artırılması haqqında sərəncamından sonra məvaciblərinin nə qədər artrılacağından xəbərsiz olan müəllimlər maaş alacaqları günü səbirsizliklə gözləyirlər. Hətta Bakı şəhərinin bir çox rayonlardakı məktəblərdə çalışanlar əmək haqlarının nə vaxt alacaqlarını, neçə manat artacağını öyrənmək üçün mühasibatlığa üz tutublar.

Mühasibatlıqdan onlara bildirilib ki, maaşlar bu gün, ya da sabah veriləcək, amma artım, mart ayından veriləcək maaşlara aid ediləcək.

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov bildirib ki, maaşların verilmə vaxtı Nazirlər Kabinetinin qərarı ilə icra olunur: “Artım məsələsinə gəldikdə, bəli, müəllimlər qərarda göstərildiyi kimi, yanvar ayının maaşını artımla alacaqlar. Bununla bağlı bir neçə gün gecikmə ola bilər, amma artım yanvardan hesablanacaq”.

2015-ci il yanvar ayının 16-da prezident sərəncamına əsasən, Nazirlər Kabinetinə dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılması tapşırılıb. Sərəncam  2015-ci il yanvarın 1-dən qüvvəyə minib. Amma rəsmilər artımın maaşlara necə təsir edəcəyini hələ tam dəqiqliklə izah edə bilməyiblər. Hər şey maaşlar veriləndə aydın olacaq.

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı