Modern.az

Müəllimlər yanvarın maaşını aldılar, artım olmadı...

Müəllimlər yanvarın maaşını aldılar, artım olmadı...

Ölkə

4 Fevral 2015, 21:53

Modern.az-ın məlumatına görə, bu gün - fevralın 4-də Bakı şəhərindəki məktəblərdə çalışan müəllimlər maaşlarını alıblar. Amma maaşlarda artım olmayıb.

Son günlər hamının maraqla gözlədiyi müəllimlərin maaş məsələsinə Bakı Şəhəri Təhsil İdarəsi aydınlıq gətirib. İdarədən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, müəllimlər artımı maaşdan əlavə olaraq alacaqlar:

“Prezident İlham Əliyevin yanvarın 16-da imzaladığı sərəncamda Nazirlər Kabinetinə müvafiq hüquqi-normativ aktların bu sərəncama uyğunlaşdırılmasına dair təkliflərini bir ay müddətində hazırlayıb prezidentə təqdim etməsi tapşırılıb.

Tezliklə bu məsələ ilə bağlı  müvafiq qərar verilməsi gözlənilir və yanvar ayı üzrə artım fərqi fevral ayı ərzində  hesablanıb əlavə olaraq müəllimlərin kart hesabına köçürüləcək”.

Məlumatda o da qeyd olunub ki, məktəb direktorları bununla bağlı məlumatlandırılıb və onlara kollektivlərini də bu barədə bilgiləndirməyi təmin etmək tapşırılıb.

2015-ci il yanvar ayının 16-da prezident sərəncamı ilə Bakıdakı dövlət təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılıb. Sərəncam  2015-ci il yanvarın 1-dən qüvvəyə minib.
Amma rəsmilər artımın maaşlara necə təsir edəcəyini hələ tam dəqiqliklə izah edə bilməyiblər. Hər şey maaşlar veriləndə aydın olacaq. Bu gün belə məlum oldu ki, artımın nə qdərə olacağı fevralın axırı, martın əvvəlinə qaldı.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı