Modern.az

Moskvada Ermənistan baş nazirinin Robert Köçəryanla müəmmalı GÖRÜŞÜ

Moskvada Ermənistan baş nazirinin Robert Köçəryanla müəmmalı GÖRÜŞÜ

Ölkə

7 Fevral 2015, 23:05

Moskvada səfərdə olan Ermənistanın baş naziri Ovik Abramyan keçmiş prezident Robert Köçəryanla görüşüb.

Modern.az saytı erməni mənbələrinə istinadən xəbər verir ki, baş nazirin Ermənistanın sabiq prezidenti ilə görüşü biznesmen Samvel Karapetyana məxsus olan “Ararat Park Hyatt” otelində baş tutub.   Ermənistan mətbuatı görüş barədə şərh verərək yazıb ki, Robert Köçəryan və  Ovik Abramyan öz ölkələrində bir araya gəlməyi arzulamır.  

Xatırladaq ki, Ovik Abramyanla Robert Köçəryan bir neçə il bundan əvvəl də Praqa-Yeravan reysi ilə uçan təyyarənin salonunda görüşüb.  

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan rəsmi Yerevanın hazırkı xarici və daxili siyasətini kəskin təndiq edənlərdəndir.

Aqşin Kərimov


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı