Modern.az

Putinin səxavəti - FOTOLAR

Putinin səxavəti - FOTOLAR

Ölkə

11 Fevral 2015, 16:53


Rusiya prezidenti Vladimir Putinin Misirə səfəri çərçivəsində həmkarı Əbdülfəttah əs-Sisiyə “AK 47” avtomatı hədiyyə etməsi çoxlarını təəccübləndirdi. Lakin rusiyalı jurnalistlər ölkə prezidnetinin əvvəllər də istər daxili, istərsə də xarici səfərləri zamanı qeyri-adi hədiyyələr verdiyini bilirlər. Modern.az saytı bu yazıda Vladimir Putinin həmkarlarına verdiyi qeyri-adi hədiyyələrdən bəhs edir.


2013-cü ildə Rusiya prezidenti Yaponiyanın Akita prefektliyinin qubernatoru Satake Norixisaya “Mir” ləqəbli Sibir pişiyi hədiyyə edib. Bundan əvvəl, qubernator 2011-ci ildə Yaponiyada baş verən zəlzələ və sunaminin törətdiyi dağıntıları aradan qaldırmaqda köməkliyinə görə Rusiya prezidnetinə it küçyü hədiyyə etmişdi.


2015-ci ilin yanvarında Moskvaya gələn Venesuela prezidenti Nikolas Maduroya isə Kremlin sahibi qılınc hədiyyə edib. Bu qılınc XIX əsr Cənubi Amerika azadlıq hərəkatının əsas simvolu olan Simon Bolivara məxsus qılıncın unikal sürəti idi.


2014-cü ilin noyabrında Asiya-Sakit okean sammitində Çin Xalq Partiyasının sədri Si Çzinpin ilə görüş zamanı Putin ona yeni istehsal olunan “YotaPhone2” markalı telefon hədiyyə edib.


2014-cü ilin iyununda Rusiya Kommunist Partiyasının sədri Qennadi Züqanov 70 illik yubileyini qeyd etdi. Yubiley münasibətilə ölkə prezidenti ona xalq qəhrəmanı Vasili Çapayevin fiqurunu bağışlayıb.


2013-cü ilin iyununda isə Vladimir Putin Kremldə görüşdüyü Almaniyanın kansleri Angela Merkelə 1894-cü il Rusiya-Almaniya ticarət müqaviləsinin imzalanması zamanı çəkilən litoqrafik rəsm əsərini hədiyyə edib.


SSRİ və Rusiya siyasətinin önəmli fiqurlarından olan Yevgeni Primakov isə 2014-cü ilin oktyabrında 85 illik yubileyini qeyd edən zaman prezident Putin ona neftlə işləyən piltə hədiyyə etmişdi.


Almaniyanın sabiq kansleri Herhard Şröder 2003-cü ilin oktyabrında doğum gününü Vladimir Putinlə görüşdə keçirib. Həmkarının ad gününü unutmayan Putin ona yazıçı Pavel Bajovun nağıl qəhrəmanı olan mis fiqur hədiyyə edib.


2003-cü ilin martında Putin SSRİ və Rusiyanın dövət himnlərinin müəllifi Sergey Mixalkovun 90 illik yubileyi münasibətilə onun mənzilinə təşrif buyurub. Putin yubilyara gənclik fotolarından ibarət fotoalbom bağışlayıb.


İtaliyanın sabiq baş naziri Silvio Berluskoni 2002-ci ildə Moskvada Putinlə görüşən zaman ona Rusiyada nəşr olunan “Berluskoni effekti” kitabı hədiyyə olunub.

Vüqar İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı