Modern.az

Azərbaycandakı narkomanların rəsmi sayı AÇIQLANDI - Onların arasında 554 qadın da var

Azərbaycandakı narkomanların rəsmi sayı AÇIQLANDI - Onların arasında 554 qadın da var

Ölkə

27 Fevral 2015, 15:15

“Hazırda Azərbaycanda 28 656 nəfər narkoman var”. Bu barədə Modern.az saytına Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli məlumat verib.

Nazirlik rəsmisi bildirib ki, onlardan 666 nəfəri anonimdir: “23 042 nəfəri dispanser qeydiyyatında olanlar, 5614 nəfəri isə profilaktik qeydiyyatda olanlardır”.

Anar Qədirlinin sözlərinə görə, narkomanlar içərisində qadınların sayı 554 nəfərdir: “Onlardan rəsmi dispanser qeydiyyatında olanlar 399 nəfər, profilaktik qeydiyyatda olanlar isə 155 nəfərdir.

Toksikomanların sayına gəlincə, onlar 152 nəfərdir. Dispanser qeydiyyatında olanlar 151 nəfər, profilaktik qeydiyyatda olanlar isə cəmi 1 nəfərdir”.

Azər­bay­can­da 2014-cü il­də qey­diy­ya­ta alı­nan nar­komanla­rın sa­yı 28376 nə­fər olub. Rəqəmlər göstərir ki, ötən illə müqayisədə narkomanların sayı 280 nəfər artıb.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı