Modern.az

Ermənistanda Qarabağ HƏYƏCANI: “Bu, bizim üçün təhlükəlidir”

Ermənistanda Qarabağ HƏYƏCANI: “Bu, bizim üçün təhlükəlidir”

Ölkə

13 Mart 2015, 00:10

 

“Ermənistanda inqilab yolu ilə hakimiyyət dəyişikliyini yalnız Moskvanın sifarişi ilə həyata keçirmək olar. Başqa cür olarsa, Rusiya bunu “rəngli inqilab zənn edəcək və öz qoşunlarını Ermənistana daxil edəcək. Bu haqda artıq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının adından da bildirilib”.  

Modern.az saytının məlumatına görə bunu 1in.am portalına müsahibəsində Ermənistanın sabiq milli təhlükəsizlik naziri, ekspert David Şahnazaryan deyib.  

O, martın 13-də Astanada Rusiya, Qazaxıstan, Belarus prezidentlərinin nəzərdə tutulan görüşünə (bu görüş təxirə salınıb-red) Ermənistan rəhbəri Serj Sərkisyanın dəvət edilməməsinə də münasibət bildirib. Keçmiş nazir Ermənistan Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı “Görüşdə üç ölkə arasındakı münasibətlər, əlaqələr müzakirə ediləcək. Bunun isə Ermənistana aidiyyatı yoxdur və həmin görüşdə Avrasiya İqtisadi İttifaqının gündəliyi yoxdur” açıqlamasını şərh edib.

David Şahnazaryanın sözlərinə görə Ermənistan XİN-in bu açıqlaması qəribə də olsa, reallığı əks etdirir.  

“Ancaq şüuraltı olaraq onlar hamısı anlayır ki, Ermənistan Avrasiya İqtisadi İttifaqında başsız bədəndir. Düzünü desək, bu məni sevindirir, çünki biz dünyada beynəlxalq hüququn və təhlükəsizliyin qüvvədə olmadığı bir zamanda ora daxil olduq. Biz başımız üstündə olan dəhşətli təhlükələrə müqavimət göstərməyə hazır olmayan, sürətlə dəyişə dünyada yaşayırıq. Ona görə də bizim həmin görüşdə iştirak etməməyimiz müsbət qiymətləndirirəm. Çünki biz minimum itkilərlə çıxmaq üçün yaşananlardan istifadə etməliyik”.  

David Şahnazaryan Rusiyanın Cənubi Qafqaz regionunda təsir rıçaqlarının perspektivdə sıradan çıxması ehtimalını və bundan sonra yaranacaq siyasi situasiya barədə proqnozlarını da bölüşüb: “Görünür ki, Rusiya regiondan sıxışdırılacaq. Bəs bundan sonra nə olacaq? Çox böyük vakuum yaranacaq, ancaq bu gün  Qərb bu boşluğu doldurmağa qadir deyil. Azərbaycanın Rusiya silahı ilə təpədən-dırnağa qədər silahlandırılması şəraitində xaos yarana bilər. İstisna edilmir ki, vakuum  eləcə də radikal islamçılar tərəfindən doldurulacaq”.

Eks-nazir Avropada  Dağlıq Qarabağ münaqişəsinin prioritetli problem elan edilməsinin Ermənistan üçün böyük təhlükələr yaratdığını etiraf edib və deyib ki, ATƏT-in Minsk qrupuna təzyiqlər davam var. Onun sözlərinə görə Cənubi Qafqazda Rusiyanın təsiri azalacağı zaman Qərb və region ölkələri  Azərbaycan, Ermənistan və Dağlıq Qarabağdakı separatçı rejimində münaqişənin sürətli nizama salınmasını tələb edəcəklər.  

“Məhz bu konteksdə mən Avropanın belə açıq maraq göstərdiyini görürəm. Bu an bizim üçün təhlükəlidir. Lakin digər tərəfdən Qərb təhlükəsizlik boşluğunu doldurmağa hazır olduğunu göstərməyə çalışır”,-deyə əlavə edib.

Aqşin Kərimov      


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı