
Təhsil Nazirliyi ictimaiyyətin diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqı artımı ilə bağlı çoxsaylı müraciətlərini nəzərə alaraq, əmək haqqı artımı cədvəlini faiz göstəricilərini təqdim edib.
Nazirliyin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, hesablamalara əsasən,diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin 43,3 faizinin əmək haqqısı 30-40 faiz, 32,7 faizinin əmək haqqısı 20-30 faiz, 7,1 faizinin əmək haqqısı 15-20 faiz həcmində artıb.

Maaşlardakı artım faizi müəllimlərin iş stajı və dərs yükü, o cümlədən gəlir vergisi sistemindən asılıdır.
2015-ci il yanvar ayının 16-da prezident sərəncamına əsasən, Nazirlər Kabinetinə dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü normasınün 1,5 dəfə, aylıq vəzifə maaşlarının orta hesabla 2 dəfə artırılması tapşırılıb. Bu sərəncam 2015-ci il yanvarın 1-dən qüvvəyə minib.
Qeyd edək ki, maaşları artan müəllimlər Bakıda təxminən 30 min nəfər təşkil edir.
Modern.az