
Dünən Bakıdakı Kempinsk otelində respublika fənn olimpiadalarının final mərhələsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Tədbir Azərbaycanın Dövlət Himninin səsələndirilməsi ilə başlayıb.
Modern.az saytının məlumatına görə, mərasimdə təhsil naziri Mikayıl Cabbarov fənn olimpiadalarının final mərhələsi qaliblərinə qoşularaq, Azərbaycanın Dövlət Himnini əvvəldən sonadək ifa edib.
Bunun əksinə olaraq həmin tədbirə qatılan deputatların bir neçəsi Himni ifa etməyib.
Qeyd edək ki, Mikayıl Cabbarov Himnimizi ifa edən çox az sayda nazirlərdən biridir.
Modern.az