Azərbaycan Prezidenti İlham Əliyev “ŞƏT plyus” formatında keçirilən tədbirdə iştirak etmək üçün Qırğızıstanın paytaxtı Bişkekdəki “Irıs Ordo” Konqres Mərkəzinə gəlib.
Modern.az xəbər verir ki, Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan dövlət başçısını Konqres Mərkəzinin qarşısında qarşılayıb.
Prezident İlham Əliyev daha sonra tədbirin keçiriləcəyi məkana daxil olub.
Qeyd edək ki, dövlət başçısı Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək məqsədilə Qırğızıstana işgüzar səfərdədir.