Modern.az

Tarixi rekord: cekpot ilk dəfə 2 000 000 manatı keçdi

Tarixi rekord: cekpot ilk dəfə 2 000 000 manatı keçdi

Ölkə

Bu gün, 19:17

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın tarixində rekord göstərici qeydə alınıb.

Çox sevilən tirajlı lotereya oyunu "4+4"-də cekpot ilk dəfə 2 000 000 manatı keçib. “4+4” oyununda 20 rəqəm arasından sevdiyiniz 8 rəqəmi seçərək həyatınızı dəyişəcək cekpotu qazanmaq şansına nail ola bilərsiniz. Həftənin 2 və 5-ci günü saat 19:45-də keçirilən “4+4” tirajlı lotereyası “Xəzər” TV, eləcə də “Azərlotereya”nın “Youtube” və “Telegram” kanallarında canlı yayımlanır. 

“Azərlotereya” tarixində ilk dəfədir ki, cekpot məbləği 2 000 000 manatı keçib. Tarixi uduşun sahibinin kim olacağı böyük maraqla gözlənilir. Daha öncə “4+4” oyununda qazanılmış ən böyük cekpot məbləği 913 072 manat olub. 
Cəmi 2 manata 2 000 000 manat qazanmaq şansına sahib olmaq istəyənlər biletləri “Azərlotereya” satış nöqtələri, “Azərpoçt” şöbələri, “Misli” məntəqələri, Azerlotereya.com və Misli.az saytlarından əldə edə bilərlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...