Modern.az

Zəngəzur dəhlizinin tikintisinə gələn il başlanacaq

Zəngəzur dəhlizinin tikintisinə gələn il başlanacaq

Dünya

1 Sentyabr 2026, 08:52

TRIPP layihəsi (Zəngəzur dəhlizi) çərçivəsində tikinti işlərinə gələn ilin yazında başlanıla bilər.

Modern.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib.

Nazirin sözlərinə görə, elektrik enerjisinin tranzitinə dəmir yolu layihəsinin həyata keçirilməsindən daha əvvəl başlanılması mümkündür.

“Biz, ABŞ və maraqlı tərəflər hesab edirik ki, elektrik enerjisinin tranziti dəmir yolu layihəsinin reallaşdırılmasından əvvəl başlaya bilər. Çünki birincinin həyata keçirilməsi daha asandır”, – deyə Mirzoyan bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...