Modern.az

Şərti terrorçular zərərsizləşdirildi - "Birliyin Gücü – 2026”da növbəti tapşırıqlar

Şərti terrorçular zərərsizləşdirildi - "Birliyin Gücü – 2026”da növbəti tapşırıqlar

Ölkə

24 Sentyabr 2026, 19:00

Ölkəmizdə təşkil olunan “Birliyin Gücü – 2026” birgə hərbi təlimi çərçivəsində növbəti praktiki tapşırıqlar uğurla yerinə yetirilib. 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, plana uyğun olaraq, iştirakçı ölkələrin bölmələri helikopterlərdən desantın endirilməsi, operativ mövqe tutaraq şərti terrorçu qruplaşmalarının zərərsizləşdirilməsi üzrə fəaliyyətləri müvəffəqiyyətlə icra ediblər.

Tapşırıqların icrası zamanı Azərbaycan, Türkiyə və Özbəkistandan olan hərbi qulluqçular yüksək peşəkarlıq və koordinasiya nümayiş etdiriblər.

Qeyd edək ki, məşqdə əsas diqqət iştirakçıların praktiki vərdişlərinin təkmilləşdirilməsi, aviasiya vasitələrinin şəxsi heyətlə uzlaşmış fəaliyyətinə nail olunması və təlimdə qarşıya qoyulmuş tapşırıqların uğurla yerinə yetirilməsinə yönəldilib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Liderlərdən Şuşada düşmənlərə ağır zərbə - Əliyev Türkiyəyə gedir!