Modern.az

Bu gün Yasamalda işıq olmayacaq

Bu gün Yasamalda işıq olmayacaq

Ölkə

Bu gün, 09:00

Oktyabrın 12-də Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Modern.az xəbər verir ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin ərazisində yerləşən transformator məntəqəsində təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, E.Ağayev, Ə.Əhmədov, Vasif Əliyev və Mehman Bünyadzadə küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra qeyd olunan ərazilərin elektrik enerjisi ilə təchizatı daha keyfiyyətli olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər