Modern.az

Simonyan Azərbaycan nümayəndələrilə görüşdü

Simonyan Azərbaycan nümayəndələrilə görüşdü

Aktual

Bu gün, 17:14

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan noyabrın 26-da “Sülh körpüsü” təşəbbüsü çərçivəsində keçirilən beşinci dəyirmi masa müzakirəsinin iştirakçıları ilə görüşüb.

Modern.az xəbər verir ki, bu barədə “Sülh körpüsü” təşəbbüsünün ofisi mətbuata məlumat verib.

Görüş zamanı iştirakçılar Təhlükəsizlik Şurasının katibinə suallar ünvanlayıb, fikir və mülahizələr ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, noyabrın 26-da İrəvanda “Sülh körpüsü” təşəbbüsü çərçivəsində beşinci görüş keçirilib.

Tədbirdə Ermənistan və Azərbaycandan ümumilikdə 60 vətəndaş cəmiyyəti nümayəndəsi iştirak edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus əsgərləri Ermənistandan çıxır - Proses başladı