Modern.az

Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü - FOTO

Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü - FOTO

Ölkə

Bu gün, 09:41

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın eks-prezidenti, hazırda ev dustağı olan Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə ağır itki üz verib.

Modern.az Qafqazinfo-ya istiandən xəbər verir ki, İ.Əliyevin qardaşı, uzun müddət müxtəlif qurumlarda rəhbər vəzifələrdə çalışmış Fikrət Əliyev dünyasını dəyişib.

Qeyd edək ki, Fikrət Əliyev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində polkovnik rütbəsində işləyib. O, Beynəlxalq Universitetdə prorektor, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yanında Mərkəzi Hərbi-Həkim Komissiyasının sədri vəzifələrini də tutub. 

Ramiz Mehdiyev AMEA prezidenti seçildikdən bir ay sonra isə AMEA İşlər idarəsinin müdir müavini təyin olunub.

1554455

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər