Modern.az

İranın yayımladığı hicab aksiyası Azərbaycana aid deyil - GÖRÜNTÜLƏR

İranın yayımladığı hicab aksiyası Azərbaycana aid deyil - GÖRÜNTÜLƏR

Ölkə

Bu gün, 13:42

İranın dövlət televiziya və radio qurumu IRIB-in Azərbaycan dilində yayımlanan “Sahar Azəri” kanalının Diyarbəkirdə keçirilən dini mərasimi “azərbaycanlı hicablılara dəstək aksiyası” kimi təqdim etdiyi bildirilir.

Modern.az xəbər verir ki,  kanalın “YouTube” hesabında bu iddia ilə video paylaşılıb.

Türkiyənin yerli mediasında dərc olunan xəbərlər isə tədbirin başqa məqsədlə təşkil edildiyini göstərir. “Güneydoğu Güncel”in oktyabrın 11-də yayımladığı xəbərə əsasən, Diyarbəkirin Sur rayonunda “Niyet Ettim Tesettüre, Emrin Başım Üstüne” adlı dini proqram keçirilib. Peygamber Sevdalıları Vəqfinin təşkil etdiyi mərasim hicab bağlamağa başlayan qızlar və uşaqlar üçün nəzərdə tutulub.

İştirakçılar tarixi Ulu məscidinin qarşısında toplaşaraq əllərində plakat və dini bayraqlarla Həzrəti Süleyman məscidi kompleksinə doğru yürüş ediblər. Burada proqram Quran tilavəti, ilahilər və çıxışlarla davam edib.

“Diyarbakır Olay”ın məlumatına görə, mərasimdə ilk dəfə hicab bağlayan 300 uşaq iştirak edib və onlara müvafiq sənədlər təqdim olunub.

Beləliklə, yerli mənbələr tədbiri Azərbaycandakı geyim qaydalarına etiraz və ya azərbaycanlı hicablılara dəstək aksiyası kimi deyil, hicab bağlamağa başlayan uşaqlara həsr olunmuş dini mərasim kimi təsvir edir.

 

1554598

1554596

1554595

1554594

Whatsapp
Bizə yazın!
Keçid et
İrandan hicab mesajı - Bakı hədəfə alındı