Modern.az

Kamboca Baş naziri Ümummilli liderin məzarını ziyarət edib - FOTO

Kamboca Baş naziri Ümummilli liderin məzarını ziyarət edib - FOTO

Ölkə

Bu gün, 14:11

Azərbaycanda rəsmi səfərdə olan Kamboca Krallığının Baş naziri Hun Manet oktyabrın 12-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.

Modern.az xəbər verir ki, Kambocanın Baş naziri Ulu Öndərin məzarı önünə əklil qoyub.

Baş nazir Hun Manet, həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə ehtiramını ifadə edib, məzarı üzərinə tər güllər düzüb.

15546261554628

1554629

Sizə yeni x var
Keçid et
İrandan hicab mesajı - Bakı hədəfə alındı