2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycanda tərəvəz və üzüm yığımı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz azalıb.
Modern.az Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, bostan məhsullarının yığımı 3,9 faiz, tütünün yığımı 2,1 faiz, kartofun yığımı isə 1,1 faiz azalıb.
Ən yüksək artım dən üçün günəbaxan yığımında qeydə alınıb – 11,6 faiz. Dənli və dənli paxlalıların yığımı 8,2 faiz, yaşıl çay yarpağının yığımı 7,1 faiz, meyvə və giləmeyvənin yığımı 5 faiz, pambığın yığımı 4,2 faiz artıb. Yem bitkilərində artım 0,1 faiz olub.
Hesabat dövründə diri çəkidə ət istehsalı 3 faiz artaraq 447,4 min tona, yumurta istehsalı isə 1,2 faiz artaraq 1 milyard 810,7 milyon ədədə çatıb.
Süd istehsalı təxminən əvvəlki ilin səviyyəsində qalaraq 1 milyon 698,8 min ton təşkil edib.
Yun istehsalı 3,4 faiz azalaraq 14,1 min ton, barama istehsalı isə 16,5 faiz azalaraq 155,8 ton olub.