Modern.az

Zəngilanda erməni diversant SAXLANILDI

Zəngilanda erməni diversant SAXLANILDI

Qarabağ

24 Aprel 2022, 19:33

Aprel ayının 23-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınaraq diversantlar geri çəkilməyə məcbur ediliblər.

 

Modern.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

 

Bildirilib ki, Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun üzvü, hərbi qulluqçu Matirosov Eduard Arturoviç Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

 

Əməliyyat şəraiti nəzarətdə saxlanılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranla Rusiya bombalanır - Ard-arda şok partlayışlar