Modern.az

Sayları 1000 ildir artmır - Dürzilərin sirli dini haqqında İsraildən ÖZƏL

Sayları 1000 ildir artmır - Dürzilərin sirli dini haqqında İsraildən ÖZƏL

Reportaj

Bu gün, 14:56

Azərbaycanlı jurnalistlər İsraildə səfərdə olarkən Dürzi icmasının nümayəndəsi, doktor Kasem Bader ilə görüşüb. Görüş zamanı Dürzilərin dini inancları, icmaya qəbul qaydaları, reinkarnasiya inancı, eləcə də İsrail və digər ölkələrdə yaşayan Dürzilərin sayı barədə maraqlı məlumatlar səsləndirilib.

Modern.az-ın İsrailə ezam olunmuş müxbiri xəbər verir ki,  jurnalistlərə açıqlamasında doktor Kasem Bader bildirib ki, Dürzilik qapalı dindir və bu dinə sonradan yeni ardıcılların qəbul edilməsi mümkün deyil:

"Dürzilik qapalı bir dindir, yəni qapıları bağlıdır. Bu o deməkdir ki, heç kim dürzi ola bilməz. Mən xristianlığa, müsəlmanlığa və ya yəhudiliyə keçə bilərəm, dinimi dəyişə bilərəm, amma heç kim bu dinə daxil ola bilməz. Bu din missionerlik etməyən, yeni ardıcıllar qəbul etməyən bir inancdır". Dürzi icmasına mənsub olmaq üçün hər iki valideynin də dürzi olması əsas şərtlərdən biridir. Peyğəmbərlər qərara alıblar ki, əgər dürzi olmaq istəyirsinizsə, gərək hər iki valideyniniz dürzi olsun. Bəli, bu, qapalı dindir, qapıları bağlıdır. Hər iki valideynin dürzi olması şərti bunu daha da çətinləşdirir".

Doktor Kasem Bader Dürzilərin əsas inanclarından biri olan reinkarnasiyadan da danışıb. Onun sözlərinə görə, Dürzi inancında ruhun bir dürzinin ölümündən sonra başqa bir dürzinin bədənində yenidən dünyaya gəldiyinə inanılır:

"11-ci əsrdən indiyədək dünyadakı dürzilərin sayı demək olar ki, eynidir. Çünki biz reinkarnasiyaya, yəni ruhun başqa bədənə keçməsinə çox güclü inanırıq. Biz inanırıq ki, bir dürzi vəfat etdikdə onun bədəni ölür, lakin ruhu başqa bir dürzinin bədənində yenidən doğulur. Bu, xristianın və ya müsəlmanın bədənində baş vermir.Dürzi inancına əsasən reinkarnasiya yalnız icma daxilində baş verir.Biz inanırıq ki, reinkarnasiya yalnız dürzilər arasında olur: dürzidən digər dürziyə, kişidən kişiyə, qadından qadına. 11-ci əsrdə bu dinə daxil olan hər bir kişinin və qadının ruhu icmanın daxilində qalır".

Doktor Kasem Bader bildirib ki, dünyada Dürzilərin dəqiq sayını müəyyənləşdirmək çətindir.

“bəzi ölkələrdə icma üzvləri dini kimliklərini açıq şəkildə ifadə etmirlər. Bu gün dünyada dəqiq neçə dürzinin olduğunu bilmirik. Səbəb odur ki, heç bir siyahıyaalma və ya sorğu aparılmayıb. Çünki dünyada elə yerlər var ki, oradakı dürzilər özlərini dürzi kimi göstərmirlər, dinlərini gizli yaşayırlar. Yaxın Şərqdə təxminən 2 milyon dürzi yaşayır. İsraildə 150 min, Suriyada 1 milyon, Livanda yarım milyon, İordaniyada isə 25 min dürzi var. Yaxın Şərqdə təxminən 2 milyona yaxın dürzi yaşayır. Dünyada – Avropa, ABŞ, Cənubi Amerika və Uzaq Şərqdə isə ümumilikdə 2 milyona yaxın dürzi olduğunu ehtimal edirik. Bu hesablamalar dəqiq rəqəm kimi qəbul edilə bilməz.Yəni dünyada 3-4 milyon arası dürzi olduğunu ehtimal edirik. Amma bəlkə də bu rəqəm 6 milyon və ya 10 milyondur. Dəqiq sayını bilmirik".

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...