Modern.az

"Rəşad Məcid bu məsələni qaldıranda heç onların mətbuatda izi-tozu da yox idi"– Mövqe

"Rəşad Məcid bu məsələni qaldıranda heç onların mətbuatda izi-tozu da yox idi"– Mövqe

Təhsil

22 İyul 2013, 15:35

Bu gün jurnalistlər üçün tikilən binanın mənzillərinin açarları jurnalistlərə paylanıldı, eyni zamanda püşkatma zamanı kimin hansı mərtəbədə, neçə otaqlı mənzilə sahib olması bilindi. Binadan hansı jurnalistlərə ev veriləcəyi artıq keçən həftədən bəlli idi və bu ətrafda da ciddi müzakirələr gedirdi. Kimləri burada haqsızlığa yol verildiyini, 4-5 mənzilli jurnalist, redaktor və baş redaktorların isə həmin binada ev aldığını, evsiz jurnalistlərin isə kənarda qaldığını qeyd edirdi.

Ev alan jurnalistlər arasında “525”-ci qəzetin redaktor müavini Aydın Bağırov da var idi. Püşkatama zamanı jurnalist 7-ci mərtəbədə, iki otaqlı evə sahib olub. A. Bağırov böyük sevinc içərisində olduğunu və Milli Mətbuat Günündə dövlət tərəfindən mənzillə təmin olunmağının onun üçün ikiqat bayrama çevrildiyini vurğulayıb.

 “Fürsətdən istifadə edib Azərbaycan jurnalistlərinə göstərdiyi bu diqqətə və qayğıya görə Prezident İlham Əliyevə, binanın tikilməsində əziyyəti olmuş Mətbuat Şurasının və KİV-ə Dövlət Dəstəyi Fondunun rəhbərliyinə, nəhayət, başda Rəşad Məcid olmaqla, mənim namizədliyimi dəstəkləmiş “525-ci qəzet”in kollektivinə, sevincimə şərik olan bütün dostlarıma və yaxınlarıma öz təşəkkürümü bildirirəm. Ev almış bütün həmkarlarımı da təbrik edirəm. Evi olmayanlara da “qismət olsun” deyirəm”.

Aydın Bağırov eyni zamanda evlə bağlı son günlər gedən söhbətlərə, sosial şəbəkələrdə yayılan məlumatlara da öz mövqeyini bildirib. “Namizədliyini irəli sürən bütün həmkarlarımın hisslərini yaxşı başa düşürəm. Onlar da ev sahibi olmaq istərdilər, amma heyf ki onlara bu qismət olmadı. Bu gün yeni binanın təməl daşı qoyuldu. Növbəti bina bildiyim qədər 3 bloklu olacaq və orada daha çox mənzil olar. Yəni jurnalist dostlarımı səbrli olmağa və evi alan həmkarlarına hörmət etməyə çağırıram. Son vaxtlar mənzil almayanlardan daha çox, ümumiyyətlə, bu proseslərə aidiyyatı olmayanların səsləri çıxır. Elə adamlar var ki, mənzilləri, rahat şəraitləri var, amma sosial şəbəkələrdə, saytlarda yersiz-yersiz fikirlər irəli sürürlər”.

Mənzilin açarlarını hələ almadıqlarını və mənzilə köçmədiklərini deyən A. Bağırov bildirib ki, elin adət-ənənəsinə uyğun olaraq heç olmazsa xeyir-dua verilərdi. “İki həftədən sonra nə olacağı bəlli deyil. Elin adət-ənənəsi var. Adama “Allah xeyir etsin” deyərlər. Bunlar isə ya təhqir edirlər, ya alçaldırlar. Bu jurnalistlərə yaraşmayan haldır. Xüsusilə bu söhbətləri yaradanlar hər dəfə bir söz deyirlər. Əvvəl deyirdilər ki, bunu almaq olmaz, çünki bunu dövlət verir. Dövlət hamımızın dövlətidir. Nə üçün almaq olmaz? Deyirlər ki, bunu alanlar jurnalistikaya xəyanət edirlər. Əgər biz xəyanət ediriksə, onda dövlət qəzetlərə 60 min manat pul ayırır, bəs onların əməkdaşlarının etdiyi nədir? Onu da, bunu da dövlət verir. Daha yaxşı olardı ki, bu cür məsələlərə həssaslıqla yanaşsınlar. Deyirdilər ki, xanım jurnalistlərin adı yoxdur, bərabərlik pozulub. Bu gün nə qədər xanım jurnalistlər mənzillə təmin olundular.  

İki ildən sonra biz onların çoxu ilə qonşu olacağıq, tədbirlərdə, səfərlərdə olacağıq. Elə etmək lazımdır ki, bir əl yeri olsun”.

Baş redaktorun müavini Rəşad Məcidlə bağlı qeyd edilənlərə də aydınlıq gətirib. “Son günlər Rəşad Məcidə nəyə görə ev verilməsi məsələsinə də diqqət yetirilir. Rəşad müəllim 2001-ci ildə rəhmətlik Heydər Əliyev redaktorlarla görüşü zamanı Azərbaycanda ilk dəfə bu məsələni qaldırıb. Rəşad Məcid həmin görüşdə deyib ki, “bu gün Azərbaycan jurnalistləri öz cibinin pulu ilə mənzil ala bilməzlər. Bu gün jurnalistlərin mənzil məsələsi həll olunmalıdır”. Bu gün Rəşad müəllimə qarşı çıxanların həmin vaxtı heç mətbuatda izi-tozu da yox idi. Rəşad müəllim Azərbaycan mətbuatına jurnalistlər və “525-ci” qəzet bəxş edib. Bu cür şeyləri edənə niyə ev qismət olmasın? Onu qınayanlar birinci tarixlərinə nəzər salsınlar ki, onlar Azərbaycan mətbuatı üçün nə ediblər və ondan sonra başlasınlar kimlərisə ittiham etməyə”.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı