Rusiyada azərbaycanlı musiqi prodüseri Elmir Məhərrəmov 36 yaşında dünyasını dəyişib.
Modern.az xəbər verir ki, prodüserin meyiti Moskvanın qərbində, Vasili Lanovoy küçəsində tapılıb. Ölümün səbəbi hələlik məlum deyil. İlkin ehtimala görə, o, intihar edib və ya bədbəxt hadisə nəticəsində həyatını itirib.
Məhərrəmov 10 ildən artıq şou-biznes sahəsində çalışıb. O, Self Made Music, Archer Music və Out of Records səsyazma şirkətlərinə rəhbərlik edib.
Prodüser və konsert təşkilatçısı kimi Olqa Buzova, Artik & Asti ilə əməkdaşlıq edib. Həmçinin Dima Bilan, T'Killah, Alex & Rus və Dashi kimi ifaçılarla çalışıb.