Modern.az

Huang Nvidia-nın rəhbəri vəzifəsinə geri qayıtdı

Huang Nvidia-nın rəhbəri vəzifəsinə geri qayıtdı

Dünya

Bu gün, 18:30

Nvidia şirkətinin rəhbəri Jensen Huang vəzifəsindən ayrıldıqdan 11 gün sonra yenidən şirkətin rəhbərliyinə qayıdıb.

Modern.az xəbər verir ki, direktorlar Şurası onun baş direktor, prezident və idarə heyətinin üzvü vəzifələrinə qaytarılmasını yekdilliklə təsdiqləyib.

Huang noyabrın 12-də vəzifəsini tərk etmişdi. Onun istefasına şirkət əməkdaşları ilə ehtimal olunan münasibətləri ətrafında yaranan qalmaqalın səbəb olduğu bildirilirdi.

Direktorlar Şurasının sədri Harvi Cons noyabrın 17-də Huangın geri qayıtmayacağını bildirsə də, sonradan şirkət rəhbərliyi onunla danışıqlar aparıb və ABŞ rəsmiləri ilə məsləhətləşib. Nəticədə iş adamının vəzifəyə qayıtmasının milli təhlükəsizlik üçün təhdid yaratmadığı qənaətinə gəlinib.

Huangın qayıdışını ABŞ Prezidenti Donald Tramp, İlon Mask və texnologiya sektorunun nümayəndələri dəstəkləyib.

"The New York Times" qəzetinin məlumatına görə, qalmaqal Huangın həyat yoldaşına xəyanət etdiyini etiraf etməsindən sonra gündəmə gəlib. Onun ehtimal olunan münasibətdə olduğu şəxsin Sinqapurun Megaspeed şirkətinin keçmiş rəhbərlərindən Elis Huang olduğu bildirilir. ABŞ xüsusi xidmət orqanları həmin qadını Çin kəşfiyyatı ilə əməkdaşlıqda və Nvidia-ya aid məlumatları əldə etməyə çalışmaqda şübhəli bilirlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Zəngəzurla bağlı təcili xəbər! Dəhliz açılır - Proses başladı