Modern.az

Rüstəm İbrahimbəyov Almaniyaya getdi

Rüstəm İbrahimbəyov Almaniyaya getdi

Təhsil

22 İyul 2013, 15:47

Milli Şuranın sədri, prezidentliyə vahid namizəd Rüstəm İbrahimbəyovun Avropa səfəri başlayıb. Modern.az-ın məlumatına görə, Milli Şura sədri bu gün Moskvadan Almaniyaya gedib. Hazırda R.İbrahimbəyovun Berlində qarşılanma mərasimi keçirilir.

Bu barədə Milli Şura üzvü, gənc bloqqer Emin Milli məlumat verib.

“Sabah Berlində bir sıra mühüm görüşlər keçiriləcək. Almaniyanın siyasi dairələri, beyin mərkəzləri, fondları və jurnalistləri ilə görüşəcəyik”.

Qeyd edək ki, Rüstəm İbrahimbəyov sabah Almaniyada və Avropada yaşayan azərbaycanlılarla da görüşəcək.

“Rüstəm bəy Meydan TV-nin növbəti suallarına cavab verəcək, vacib məsələlərə aydınlıq gətirəcək. Meydan TV-nin Youtube, Facebook və Twitter səhifələrindən ən son məlumatları izləyə biləcəksiniz”.

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı