Modern.az

Sülhəddin Əkbər: “Rəsul Quliyevlə aramız dəyməyib”

Sülhəddin Əkbər: “Rəsul Quliyevlə aramız dəyməyib”

Təhsil

2 Sentyabr 2013, 11:24

Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Sülhəddin Əkbər yeni siyasi partiya yaratması, eləcə partiya lideri Rəsul Quliyevlə yollarının ayrılması haqda mətbuatda yayılan xəbərlərə aydınlıq gətirib. Modern.az-a açıqlama verən S. Əkbər deyilənlərə təkzib edib.

Partiya sədri ACP-da getmək niyyətində olmadığını deyib. Onun sözlərinə görə, Rəsul Quliyevlə də münasibətlərdə hər hansı problem yoxdur.

“Bunlar hamısı yalandır. Nə partiya yaratmıram, nədə ACP-dan getmək fikrim yoxdur. Sadəcə partiyamıza qarşı yönələn böhtandır”-deyə S.Əkbər qeyd edib.

Xatırladaq ki, ötən həftə mətbuatda Slühəddin Əkbərin ACP-dan çıxaraq yeni partiya yaratması haqda məlumatlar dərc olunmuşdu.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı