Modern.az

Milli Şura yeni mitinq üçün Hacıbala Abutalıbova müraciət etdi

Milli Şura yeni mitinq üçün Hacıbala Abutalıbova müraciət etdi

Təhsil

23 Sentyabr 2013, 13:57


Demokratik Qüvvələrin Milli Şurası yenidən mitinq keçirmək barədə qərar qəbul edib. Bu barədə Modern.az-a Müsavat başqanın müavini Gülağa Aslanlı məlumat verib.

Milli Şura üzvünün sözlərinə görə, növbəti mitinq sentyabrın 29-ə təyin olunub.

Cəmil Həsənliyə dəstək mitinqinin “İnşaatçılar" metrostansiyasının yaxınlığındakı "Məhsul" idman-sağlamlıq kompleksinin stadionunda keçirilməsi planlaşdırılır.

G.Aslanlı həmçinin bildirib ki, mitinqlə bağlı müraciət hazırlanaq bu gün Bakı şəhər İcra Hakimiyyətinə təqdim olunacaq.

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...