Modern.az

Sumqayıtda şəhər günü - Rafet El Roman konsert verəcək

Sumqayıtda şəhər günü - Rafet El Roman  konsert verəcək

Təhsil

23 Sentyabr 2013, 16:43

Sentyabr ayının 24-də Sumqayıt şəhərində artıq ənənəyə çevrilmiş “Şəhər günü” bayramı keçiriləcək. Modern.az xəbər verir ki, tədbirdə xarici dövlətlərdən və Azərbaycanın bölgələrindən dəvət olunmuş çoxlu sayda qonaqlar və musiqi kollektivləri iştirak edəcəklər.

Şəhər günü” bayram tədbirləri qədim Corat kəndindən başlayacaq və Bayraq meydanında təntənəli bayram keçidi ilə davam etdiriləcək. Tədbirdə hərbçilərin keçidi, idmançıların, motosikletçilərin, Rusiyanın Sankt-Peterburq şəhərinin “Barabançı qızlar”ının nümunəvi çıxışları, həmçinin qırıcı təyyarələrin möhtəşəm avia şousu olacaq.

Bütöv bir günü əhatə edən “Şəhər günü” bayramı axşam saatlarında məşhur türk müğənnisi Rafet El Romanın konserti ilə davam edəcək və bayram tədbiri əsrarəngiz atəşfəşanlıqla yekunlaşacaq.  

Aytən ƏLİYEVA
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı